Gəncədə fəhlənin əlində qumbara partladı

Gəncədə 20 yaşlı gəncin əlində partlayıcı qurğu partlayıb.
Hadisə şəhərin "Tekstilni" adlanan ərazidə qeydə alınıb.
Belə ki, həmin ərazidə çalışan 2002-ci il təvəllüdlü M.Cəfərli binanın damında partlayıcı qurğu tapıb. Bu zaman partlayış olub. Nəticədə fəhlə xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, partlayıcı qurğunun qumbara başlığı olduğu ehtimal edilir.
Oxunub: 312
Xəbəri paylaş
Paylaş: