Almaniyadan ŞOK ADDIM: Ukraynalılara görə müsəlmanları ölkədən çıxarır
Ukraynada müharibənin başlanmasından sonra Avropada miqrant böhranı daha da dərinləşib.
Globall.az xəbər verir ki, Almaniyada ukraynalıların qəbulunu asanlaşdırmaq üçün əfqanların çıxarılması prosesi başlanıb.
“Foreign Policy” nəşri yazır ki, bir çox əfqan qaçqın hazırda qaldıqları ərazilərdən başqa yerlərə də köçürülür.
“Onlara bildiriş köçürülmədən 24 saat öncə verilib. İllərlə öz evlərində yaşayan əfqanlar da çıxarılıb, bir çox uşaq oxuduğu məktəbdən uzaq əraziyə köçürülüb”, - Berlin Qaçqınlar Şurasının İdarə Heyətinin üzvü Tarek Alaus deyir.
Köçürülmə qərarını Berlin Senatının İnteqrasiya, Əmək və Sosial Rifah Bürosu verib. Qərar sığınacaq və çarpayıya ehtiyacı olan ukraynalıların yerləşdirilməsi məqsədi daşıyır.
Büronun sözçüsü Stefan Strauss bildirib ki, əfqan qaçqınların köçürülməsinə görə təəssüflənirlər, lakin real vəziyyət bunu tələb edir. Onun sözlərinə görə, başqa yerlərə köçürülən əfqanlar vanna otağı və mətbəx istisna olmaqla eyni keyfiyyətli mənzillə təmin olunublar. (report)