Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə gəldi
Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin cənubunda – Azərbaycanla sərhəddəki hərbi hissələrə baş çəkib.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazier mövqelərdə döyüş növbətçiliyinin aparılması şəraiti ilə tanış olub, şəxsi heyətlə söhbət edib. Hərbi hissənin komandiri, general-mayor Artak Budaqyan ona cəbhə xəttinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Papikyan 3 aylıq təlim-məşq toplanışında ön sıralarda döyüş növbətçiliyində olan iştirakçılarla da görüşüb.
Yekun olaraq, nazir aşkarlanmış nöqsanların qısa müddətdə aradan qaldırılması üçün hərbi hissə komandirlərinə konkret tapşırıq və göstərişlər verib.
Oxunub: 256
Xəbəri paylaş
Paylaş: