"Rusiya Donbası ələ keçirmək üçün..."
- Britaniya kəşfiyyatı
Donbas uğrunda döyüş Rusiyanın bəyan edilmiş məqsədə çatmaq üçün əsas strateji istiqaməti olaraq qalır. Ukraynanın güclü müqaviməti səbəbindən Rusiyanın Donbasdakı ərazi işğalları məhdud idi və əhəmiyyətli itkilər bahasına əldə edildi.
Globall.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
Britaniya nazirliyi bildirib ki, Donbas uğrunda döyüş Rusiyanın Donetsk və Luqansk vilayətləri üzərində nəzarəti ələ keçirmək məqsədinə çatmaq üçün əsas strateji istiqaməti olaraq qalır.
Bu ərazilərdə döyüşlərin xüsusilə Lisiçansk və Severodonetsk bölgələrində intensiv getdiyi, İzyumdan cənuba doğru Slavyanska doğru irəliləməyə cəhd edildiyi bildirilir.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Ukraynanın müqaviməti və logistika problemlərinin davam etməsi səbəbindən Rusiya qüvvələri Donbasda “yavaş və qeyri-bərabər” irəliləyir.