Məsciddə PARTLAYIŞ:
10 ölü, 15 yaralı
Əfqanıstanın paytaxtı Kabildə məscidlərdən birinə bombalı hücum olub.
Globall.az modern.az-a istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi partlayış nəticəsində azı 10 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.
Nazirlik rəsmisi Besmullah Həbib partlayışın bu gün saat 14:00 radələrində Kabilin qərbindəki Xəlifə Sahib məscidində baş verdiyini bildirib.
Qeyd edək ki, Ramazan ayının əvvəlindən Əfqanıstanda bir neçə məscidə hücumlar təşkil olunub.
Oxunub: 181
Xəbəri paylaş
Paylaş: