Şolts ELAN ETDİ: Aİ ilin sonuna qədər Rusiyadan...
Avropa İttifaqı (Aİ) yayda Rusiya kömürünün idxalını dayandıracaq, ilin sonuna qədər isə Rusiya neftindən imtina edəcək.
Globall.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “The Indian Express” nəşrinə müsahibəsində bildirib.
“Avropa İttifaqı transatlantik tərəfdaşları ilə birlikdə Rusiyaya və ayrı-ayrı şəxslərə qarşı görünməmiş sanksiyalar qəbul edib... Bir çox ölkələr bu sanksiyalara qoşulublar, baxmayaraq ki, onlar istər-istəməz bizim üçün də iqtisadi xərclərlə nəticələnir”, - o, deyib.
Şoltz hazırda Rusiyadan qalıq yanacaq idxalından asılılığı azaltmaq üçün çox iddialı siyasət həyata keçirdiklərini bildirib: “Bu yay Rusiya kömürünün tədarükünü dayandıracağıq, ilin sonuna qədər Rusiya neftindən imtina edəcəyik və bu ölkədən qaz tədarükünü ciddi şəkildə azaldacağıq”.
Kansler əlavə edib ki, Almaniya Aİ səfirləri tərəfindən təsdiqlənmiş anti-Rusiya sanksiyalarının beşinci paketində nəzərdə tutulan Rusiya Federasiyasından kömür idxalını mərhələli şəkildə dayandırmaq üçün 4 aylıq keçid dövründən tam istifadə etməlidir.
Aprelin əvvəlində Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı beşinci sanksiya paketini təsdiqlədilər ki, bu da xüsusən fiziki şəxslərə və maliyyə qurumlarına məhdudiyyətlər nəzərdə tutur, həmçinin Rusiya Federasiyasından yüksək texnologiyalı malların tədarükü və kömür idxalına embarqo qoyur.