Putinin xəstəliyi ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qərbdə Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Globall.az Publika.az-a istinadla xəbər verir ki, nazir prezidentin səhhətinə şübhə edənlərə onun qəbul etdiyi xarici qonaqlara müraciət etməyi tövsiyə edib.
“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, təhlükənin nə olduğunu başa düşəcəksiniz", - deyə Lavrov bildirib.
Qeyd edək ki, Qərbdə Prezident Putinin səhhətindəki vəziyyətlə bağlı çoxlu fərziyyələr var.
Oxunub: 414
Xəbəri paylaş
Paylaş: