Bayden Putinə deyib ki, onlardan əl çək -
Lavrov
ABŞ Prezidenti Co Bayden Cenevrədə Rusiya lideri Vladimir Putinlə görüşündə Rusiyada xarici casus kimi tanınan “Azadlıq” radiosundan “əl çəkməsini” istəyib.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rusiyanın xarici siyasəti: Uğur, çağırışlar, vəzifə və perspektivlər” veb-seminarı zamanı söyləyib.
Rusiyanın baş diplomatı xatırladıb ki, Kreml heç vaxt ilk addımı atmır:
“RT və “Sputnik” ABŞ tərəfindən xarici agent elan edildi. Rusiya da öz növbəsində “Azadlıq” radiosunu xarici agent kimi tanıdı”.
Oxunub: 339
Xəbəri paylaş
Paylaş: