Mingəçevirdə azyaşlı qız 4-cü mərtəbədən düşdü
Mingəçevirdə bədbəxt hadisə baş verib. Azyaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.
Globall.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin V. Abdullayev küçəsi Ev 6 mənzil 46 ünvanında qeydə alınıb. Nənəsi evinə qonaq gələn 9 yaşlı Dəniz Hüseynli binanın 4-cü mərtəbəsinin eyvanından yerə düşüb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan D. Hüseynli Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: