Etirazçılar Kiyev körpüsünü bağladı -
İrəvanda yenidən aksiya başladı
Bu gün səhər saatlarında Ermənistanın müxalifət tərəfdarları paytaxt İrəvandakı Kiyev körpüsünü bağlayıblar.
Globall.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Etirazçılar betonqarışdıran maşın və yük maşınları ilə yolu bağlayıblar.
"Biz ölkənin türklərə və azərbaycanlılara verilməsini istəmirik. Buna qarşı mübarizə aparacağıq”,- deyə nümayişçilər bildiriblər.
Hazırda ərazidə nəqliyyatın hərəkəti iflic olub, təhlükəsizlik qüvvələri avtomobilləri çıxarmaq üçün yollar axtarırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyası iştirakçılarını saxlamağa başlayıb.
Qeyd edək ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. (modern.az)