Putin mayın 9-da Ukraynaya müharibə elan edəcək? -
Peskov CAVAB VERDİ
Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya müharibə elan etməyəcək.
Globall.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən Qərb rəsmilərinin iddialarını təkzib edib. O, Rusiya rəhbərinin mayın 9-dan müharibə elan etmək üçün istifadə edə biləcəyi barədə məlumatları cəfəngiyyat adlandırıb.
Dmitri Peskov Qərb mətbuatının mayın 9-da Rusiya Federasiyasında səfərbərlik elan oluna biləcəyi ilə bağlı məlumatlarını da cəfəngiyyat adlandırıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də səhər tezdən Ukraynanı işğala başlayıb.
Rusiya əvvəlcə hərbi obyektləri bombalayıb, sonra isə mülki şəhərlərə hücum edib, xüsusən Kiyev, Xarkov, Xerson, Çerniqov, Lvov, Nikolayev, Mariupol və Odessada əhali atəşə tutulub.
Rusiya Federasiyası Ukraynadakı müharibəni “xüsusi əməliyyat”, o cümlədən “əhalinin denazifikasiyası” adlandırıb.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mayın 4-nə olan məlumatına görə, müharibədə 24500 işğalçı məhv edilib. (modern.az)