İrəvanda TƏXRİBAT- Milli Təhlükəsizlik Xidməti müxalifətə XƏBƏRDARLIQ ETDİ
(YENİLƏNDİ)
Ermənistanın Milli Təhlükəsizlik Xidməti paytaxt İrəvanda keçirilən etiraz aksiyasının təşkilatçıları ilə bağlı məlumat yayıb.
Globall.az xəbər verir ki, Dövlət Xidmətinə daxil olan əməliyyat məlumatına görə, bu gün İrəvanda keçirilən aksiyanın təşkilatçıları etitazçı kütləni parlamentin binasını ələ keçirməyə sövq etmək və onları hər hansı cinayəti törətməyə məcbur etmək niyyətindədirlər.
Milli Təhlükəsizlik Xidməti parlamentə yönəlik təxribatın qarşısının alınacağını bəyan edib.
Qurum müxalifət liderlərini ölkənin daxili təhlükəsizliyini təhdidi etməkdə, ictimai asayişi və təhlükəsizliyi pozmaqda suçlayıb.
Milli Təhlükəsizlik Xidməti aksiyaların təşkilatçıları və iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə, təxribatlara uymamağa çağırıb. (modern.az)
xxx
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlament binasını ələ keçirmək istəyir.
Globall.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, mitinqin təşkilatçıları vətəndaşları ictimai asayişi və daxili təhlükəsizliyini pozan hərəkətlərə məcbur etmək niyyətindədir. Ermənistan hüquq-mühafizə orqanları vətəndaşları təxribatlara uymamağa, qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, mayın 4-ü səhər saatlarından Ermənistanda Paşinyanın əleyhinə növbəti aksiya başlayıb.