Kosmosdakı cinayətə görə Yerdə cəza veriləcək
Kanadada hazırlanan yeni qanun layihəsi kosmosda törədiləcək cinayətləri də ölkədəki cinayətlər kimi özündə ehtiva edəcək.
Globall.az xəbər verir ki, buna əsasən, kosmosda törədilən qətl və ya oğurluq kimi qanunsuz əməllər cinayət sayılacaq.
Bill C-19 qanun layihəsinə əsasən, hər hansı bir kanadalı kosmosda bu cür cinayətlər törətsə, o, bunu Kanada sərhədləri daxilində törətmiş kimi qəbul ediləcək. Ona görə də kosmosda cinayət törədən şəxs qanun çərçivəsində Yerə qayıdanda həbs olunacaq.
Bildirilib ki, qanun layihəsi xüsusi olaraq Ayla bağlı tədqiqatlar üçün hazırlanıb.
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: