İrəvanda vəziyyət GƏRGİNLƏŞİR:
“Bütün şəhər iflic olacaq” - VİDEO
Ermənistanda yenidən etiraz aksiyaları başlayıb.
Globall.az modern.az-a istinadla xəbər verir ki, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları paytaxtın Fransa meydanında toplaşıb, daha sonra 4 istiqamətdə yürüşə keçiblər.
“Bütün şəhəri iflic etməliyik. Yürüşlər geniş olmalıdır ki, polis onları saxlaya bilməsin”, - deyə Ermənistan parlamentinin vitse-spikeri, müxalifət lideri İşxan Saqatelyan bildirib.
O, xalqı hakimiyyət qüvvələrinə qarşı dirəniş göstərməyə və geri çəkilməməyə çağırıb.
Qeyd edək ki, müxalifət aprelin 25-dən Ermənistanda etiraz aksiyaları keçirir. Narazılığa səbəb Baş nazir Paşinyanın bəyanatları olub. Belə ki, müxalifət qüvvələri hökumət başçısını “Qarabağı təslim etmək” niyyətində ittiham edib və onu istefaya çağırıb.