ABŞ Rusiyadakı vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ
ABŞ-ın Rusiyadakı səfirliyi Amerika vətəndaşlarını Qələbə Günü münasibətilə Moskvada keçirilən kütləvi tədbirlərdə iştirakdan çəkinməyə çağırıb.
Globall.az azvision.az xəbər verir ki, müvafiq məlumat diplomatik nümayəndəliyin saytında dərc olunub.
Səfirlik diqqəti ötən illərdə Moskvada 9 May münasibəti ilə keçirilən tədbirlərin polis qüvvələrinin çox olması ilə müşayiət etdiyinə yönəldib: "Davam edən gərginliyi nəzərə alaraq, ABŞ vətəndaşları böyük ictimai tədbirlərə baş çəkməkdən çəkinməlidirlər", - bəyanatda deyilir.
Diplomatik missiya amerikalılara ayıq-sayıq olmağı, özləri ilə şəxsiyyət vəsiqəsi daşımağı, həmçinin gözlənilməz hallar zamanı hərəkət planını nəzərdən keçirməyi tövsiyə edib.
Oxunub: 184
Xəbəri paylaş
Paylaş: