Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Revanşistlərin çevriliş planı məlum oldu: “Rus NATO-su” Paşinyanı xilas edəcəkmi...
  • Ermənistan prezidenti: Siyasi böhran seçkilərdən sonra da davam edə bilər
  • "Prezident idarəçiliyini geri qaytarmalıyıq"- Sarkisyan
  • Paşinyan polisin maaşını 2 dəfə artırdı - Seçki ərəfəsində müxalifət etiraz edir
  • “RUSİYA OLMASAYDI...”- “Müharibə nə zaman qurtaracaqdı və harada qurtaracaqdı?...”
  • Paşinyan Xankəndini Bakıya təhvil verməyə hazırlaşır - Rusiya yolları bağlayır

    • Tarix: 7-05-2022, 14:40


    44 günlük müharibədən öncəki ritorikanı yenidən gündəmə gətirmək yolverilməzdir. Təəssüf ki, yeni reallığı hələ də Ermənistanda qəbul etmək istəməyən qüvvələr var.

    Sözsüz ki, bu mövqedə müxalif, revanşist qüvvələrin dayandığına nəzər saldıqda əslində elə də təəccüblü görünmür. Çünki hakim partiyanın idarəçiliyini əlindən almaq, hakimiyyətə yiyələnmək üçün bir qrup siyasi qüvvələr özlərini qəhrəman kimi göstərərək mövcud hökümətin edə bilməyəcəklərini reallaşdıracaqları təəssüratı yaratmaqla, bundan yenidən ölkənin başına keçmək üçün maksimum yararlanmaq niyyətindədirlər. Bu istək xüsusilə son vaxtlar Qərbin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalaması üçün göstərdiyi aktivlikdən sonra daha çox nəzərə çarpmağa başladı.

    Dəyişən heç nə yoxdur

    Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi "Qarabağ klanı"nın indi Ermənistanda yaranmış vəziyyəti hakimiyyəti ələ keçirtmək üçün son şans olaraq gördüyünü yaxşı anlayan Rusiya həmləsini məhz bu fiqurlar üzərindən etməklə, Qərbin Qarabağ üzərindən Cənubi Qafqazda maraqlarını təmin edərək Moskvanı oyundan kənarlaşdrımasına mane olmağa çalışır. Doğrudur, Ermənistanda ictimai-siyasi vəziyyət artıq təhlükəli həddə qədər gərginləşib. Amma son günlər Paşinyan hakimiyyətinin ölkədaxili situasiyaya nəzarəti itirə biləcəyi istisna edilir.



    Bəli, Rusiya bu ssenarini yazan tərəfdir. Lakin Moskvanın məqsədi Paşinyanı devirmək yox, ona əmrlərinə tabe olmaq üçün gözdağı verməkdir. Biz bunu elə Moskvadan edilən son açıqlamadan da açıq sezə bilərik. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksey Zaits mətbuat konfransı zamanı Ermənistanda baş verən hadisələrə toxunaraq bildirib ki, "Ermənistandakı etirazlar ölkənin daxili işidir və Rusiya müttəfiqinin sabit, dinc və təhlükəsiz inkişafını istəyir. Bütün problemlər konstitusiyada nəzərdə tutulduğu şəkildə həll olunmalıdır". 

    Təbii ki, bu Zaitsin yox, rəsmi Moskvanın mövqeyidir. Moskva bununla demək istəyir ki, Ermənistan rəhbərliyi özü qərar verəcək, biz onların daxili işinə qarışmaq istəmirik. Bu açıqlamadan eyni zamanda o da diqqətdən qaçmır ki, Moskva Ermənistanda hakimiyyət dəyişikliyinin vacibliyi ilə bağlı hər hansı bir mesaj belə vermir. Çünki Kreml də çox yaxşı anlayır ki, artıq Köçəryanların, Sarkisyanların Ermənistandakı avtoriteti olduqca aşağıdır. Paşinyanı onlarla əvəzləmək istəyi ölkədə daha böyük qarışıqlığa, xaosa gətirib çıxara bilər. 

    Digər yandan, Ermənistanda müəyyən məbləğ qarşılığında küçələrə çıxanların sayının çoxluq təşkil etməsi bu qarşıdurmanın elə də uzun sürməyəcəyini, kütləvi iğtişaşların baş vermə ehtimalının aşağı olacağını deməyə əsas verir. 

    Ermənistanda Paşinyan əleyhdarları tərəfindən baş verən bütün bu etiraz aksiyaları böyük oyunun kiçik səhnəsidir. Amma Nikol Paşinyan ona qarşı olan bu oyunu əlini-qolunu yanına sallayıb, izləmək fikrində deyil. Bunun təsdiqi kimi artıq yüzlərlə aksiya iştirakçılarının saxlanılması faktını qeyd edə bilərik. Nəzərə alsaq ki, günlərdir davam edən etirazlara cəmləşən aksiya iştirakçılarının sayı da 20 minin üzərində deyil, o zaman vəziyyətin təhlükəli həddə çatmaq ehtimalının aşağı olduğunu bildirə bilərik.



    Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyanın müxalifətin Nikol Paşinyanın istefaya getməsi ilə bağlı iddialarına cavabı da vəziyyətin nəzarətdə olduğundan xəbər verir. Çaxoyan şayiələri təkzib edərək, etiraz aksiyalartına iqtidarın münasibətini bu ifadələrlə edib: "Baş nazirin istefası ilə bağlı yalan xəbər yayanlar öz boyunlarının arxasını görəcəklər, amma onun istefasını görməyəcəklər. Ermənistan vətəndaşları seçimlərini cəmi bir il əvvəl edib. "Artsaxın xilaskarları" İrəvan küçələrində xalqı ruhlandırmaq üçün növbəti yalan xəbəri yayıblar".

    Belə aydın olur ki, Paşinyan rejimi hakimiyyət dəyişikliyinə cəhdlərlə barışmaq fikrində deyil. Onlar geri addım ataraq, müxalifət qüvvələrinin aksiyalarına yenilmək barədə düşünmürlər. Bunun üçün heç bir əsas da yoxdur. Çünki Paşinyan yaxşı anlayır ki, bu gün onun Azərbaycanla sülh sazişi imzalamaq yönündə verdiyi qərar tamamilə Ermənistanın gələcəyinə hesablanmış bir addımdır. Erməni baş nazir anlayır ki, postkonflikt reallığı onların qarşısında başqa seçim qoymur. Artıq Qərb də çox açıq şəkildə Bakının təqdim etdiyi 5 maddəlik sülh təklifinin tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını təsdiqlədiyi üçün İrəvanın manevr imkanı sıfra enir. 

    Təbii ki, N.Paşinyan da yaxşı anlayır ki, Ermənistan bir dövlət kimi subyektliyini tamamilə itirmək istəmirsə, o zaman Bakı qarşısında götürdüyü öhdəliyi zaman itirmədən yerinə yetirmək istiqamətində əməli-peraktiki addımlar atmalıdır. 

    Ermənistan Təhlükısizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatları da Paşinyanın ideyalarını birə-bir təşviq edir. Bakıdan Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayan Qriqoryan "Qarabağ münaqişəsinin" hələ də qaldığını iddia edib. O, Paşinyanın qeyd etdiyi kimi bir daha bildirib ki, məsələnin həllini ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsində görürlər və Azərbaycanla bunu müzakirə edəcəklər.



    Göründüyü kimi, masada artıq "statusun" yox, "təhlükəsizliyin təminatı" məsələsinin olduğu gün kimi aydındır. Belə görünür ki, dünənə kimi hər görüşə "status" məsələsini qabardaraq yollanan rəsmi İrəvan artıq inadından geri çəkilməyə başlayıb. "Təhlükəsizliyin təminatı" məsələsinin qabardılması da müvəqqəti xarakter daşıyır. Nəzərə alsaq ki, Ermənistanda Azərbaycanla sülh danışıqlarılna görə Paşinyan əleyhinə eiraz aksiyaları ara vermir, o zaman Qriqoryanın bu açıqlamanı da məhz daxili auditoriyaya ünvanlandığını düşünə bilərik. O, bu yolla narazı kütləni və revanşist qüvvələri sakitləşdirməklə yanaşı, Qarabağ ermənilərini də əmin etməyə çalışır ki, sizin təhlükəsizliyinizə zəmanət verilməyənə kimi Bakı ilə razılığa gəlməyəcəyik.

    Amma İrəvan da çox yaxşı bilir ki, rəsmi Bakı əvvəldən ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatına zəmanət verdiyini açıqlayıb. Lakin, bu punktun separatçı-terrorçu rejimə heç bir aidiyyatı yoxdur. Onsuz da Qarabağ ermənilərinə də normal şəraitdə, təhlükəsiz yaşayış daha önəmlidir. Belə vəziyyətdə Bakı buna tam zəmanət verdiyi üçün qalır Ermənistandakı Paşinyan əleyhdarlarının etirazlarının nisbətən yatması və sui-qəsd ehtimalının sıfra enməsi məsələsi. Çox güman ki, bu məsələdə arxayınlıq hiss edən kimi Ermənistan Azərbaycanla delimitasiya və sülh danışıqlarını sürətli şəkildə yoluna qoymağa çalışacaq.

    İrəvan növbəti görüşə hazırlaşır

    Brüsseldə iki ölkə liderlərinin növbəti görüşü ilə bağlı rəsmi İrəvandan edilən açıqlamalar da deməyə əsas verir ki, Ermənistan hakimiyyəti rəsmi Bakı ilə ikitərəfli görüş tərəfdarıdır və Brüssel görüşünün davamını istəmələri də bunun növbəti təsdiqir. Çünki Ermənistanın tərəfi Azərbaycanın regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən sülh təklifinə, bütün təşəbbüslərinə qeyri-adekvat davranış sərgiləmək üçün əvvəlki tək zamanı qalmayıb.



    Hazırki mitinqlər Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribatdan başqa bir şey deyil. Paşinyana bu addımı atacağı təqdirdə hakimiyyətdən gedəcəyi ilə bağlı xəbərdarlıq edən Rusiya və revanşist qüvvələr anlamalıdır ki, bu məkrli hərbi avantüranın nəticələri ağır ola bilər və buna görə də bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
    Hətta ən pis ssenari kimi bu olsa belə sənədlər yenə qüvvədədir, öhdəliklər icra olunmalıdır. Çünki bu sözdələşmələrdə Ermənistan və Azərbaycandan başqa Rusiya və Qərbin də (Brüssel görüşləri) iştirakı var. Rəsmi Bakı İrəvandakı prosesləri yaxından izləyir və situasiyaya uyğun olaraq adekvat cavab verəcəyini də dövlət başçısı İlham Əliyev istər Ermənistan iqtidarına, istər revanşist qüvvələrə, istərsə də ona havadarlıq edənlərə son açıqlamalarında çox aydın şəkildə bəyan etdi: "İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər".

    Təhməz Əsədov

    Oxunub: 227
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.