Ruslarla əməkdaşlıqdan imtina edən ukraynalı mer İNTİHAR ETDİ
Zaporojye vilayətinin Tokmak şəhərinin meri İqor Kotelevski 57 yaşında vəfat edib.
Bu barədə u24.ua məlumat yayıb.
Bildirilib ki, qeyri-rəsmi məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun “intihar” versiyasını nəzərdən keçirirlər.
Qeyd edək ki, aprelin ortalarında şəhər işğal olunduqdan sonra Kotelevski vəzifəsindən istefa verib. O, yeni “avtoritet”lə əməkdaşlıqdan imtina etsə də, şəhərdə qalmışdı./oxu.az
Oxunub: 239
Xəbəri paylaş
Paylaş: