Haitidə 8 Türkiyə vətəndaşı OĞURLANDI
Dominikan Respublikası/Haiti marşrutu ilə hərəkət edən avtobusda səyahət edən səkkiz Türkiyə vətəndaşı mayın 8-i günorta saatlarında Krua-des-Buket səviyyəsində 8 saylı milli yolda qaçırılıb.
Globall.az xəbər verir ki, bu barədə "Haiti24" xəbər yayıb.
Jurnalist İvs Mari Şanel məlumatı təsdiqləyərək bildirib ki, artıq hökumət vəziyyətlə bağlı məlumatlandırılıb.
"Adam oğurluğu öz axarı ilə davam edir. Bu gün günorta saatlarında Dominikan Respublikası ilə Haiti arasında səyahət edən 8 Türkiyə vətəndaşı, o cümlədən qadınlar "400 Mawozo" bandasının qalası olan Krua-des-Buketdə naməlum silahlı şəxslər tərəfindən qaçırılıb", - məlumatda qeyd edilib. (publika.az)
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: