ABŞ bu səbəbdən Çinin telekommunikasiya şirkətlərinə qadağa qoyacaq

“İnterfaks” bu barədə FCC-nin idarə heyətinin başçısı Ajit Paya istinadən xəbər yayır.
Şirkətin ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı önə sürülür.
Pay FCC “China Telecom Americas”, “China Unicom Americas”, “Pacific Networks Corp”a və ona məxsus olan törəmə şirkəti “ComNet” (ABŞ) MMC-yə, ABŞ-da fəaliyyətlərinə icazənin ləğv edilməsi prosesinin başlamalı olduqlarını bildirib.
O deyib: “Biz sadəcə, şəbəkələrimizin təhlükəsizliyi ilə bağlı yalnız ümidvar olub risk edə bilmərik”.
Pay həmçinin qeyd edib ki, bu Çin şirkətləri ABŞ-da on il əvvəl işləməyə icazə alıblar. O vaxtdan “Çin hökumətinin fəaliyyəti ilə əlaqəli milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının riskləri əhəmiyyətli dərəcədə artıb.
Oxunub: 295
Xəbəri paylaş
Paylaş: