“Qarabağ klanı"na RƏDD CAVABI: Putin Paşinyanın devrilməsini İSTƏMİR
Ermənistanda aprelin 25-dən başlayan etirazlar səngimək bilmir. Baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən aksiyalar paytaxt İrəvanla yanaşı, ölkənin digər bölgələrində də davam etdirilir. Mövcud iqtidarı devirməyə çalışan müxalif qüvvələr xalqı üsyana çağıraraq, sonadək mübarizə aparacaqlarını bəyan ediblər.
"Qarabağ klanı"nın başlatdığı etiraz dalğası revanşistlərin hakimiyyət yolunu aça bilərmi? Ermənistandakı aksiyaları kimlər dəstəkləyir?
Bu barədə Modern.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, "Qarabağ klanı"nın hakimiyyətə qayıtma ehitimalı yoxdur. Çünki Moskva artıq Ermənistanın keçmiş rəhbərlərini dəstəkləmir.
Cümşüd Nuriyev Ermənistanda cərəyan edən hadisələri belə şərh edib: “Rusiya onları dəstəkləmir. 20 il hakimiyyətdə olduqları müddətdə Rusiyanın planlarını olduğu kimi icra etmədilər. "Qarabağ klanı"nı Ermənistanda əsasən Daşnakstüyun partiyası, ASALA və erməni katalikosu dəstəkləyir. "Qarabağ klanı"nı həm də İran fars rejiminin hərbi elitasına daxil olan generallar dəstəkləyir. Azərbaycan Ordusunun qələbəsi ilə onların narkoticarəti sıfıra endi. Onlar Qarabağ zonasında həm narkotik əkib-becərirdilər, həm də bununla bağlı laborotoriyalar açmışdılar. Eyni zamanda, həmin ərazilərdən başqa nöqtələrə narkotik keçirirdilər. Qeyri-rəsmi də olsa, illik ticarət dövriyyəsini ancaq narkotikdən götürdülər. Hətta özləri etiraf edirlər ki, ilkdə 2-4 milyard dollar ancaq narkotikdən gəlir əldə ediblər.
Digər tərəfdən, Ermənistanda Köçəryan və Sarksiyanın yenidən hakimiyyətə gəlmə ehtimalı aşağıdır. Bunun əsas səbəbi odur ki, əhali artıq onları istəmir. Çünki "Qarabağ klanı" 20 il ərzində Ermənistanı geriyə saldı, ölkəni uçuruma apardılar”.
Politoloqun fikrincə, Rusiya da Ermənistanda hakimiyyət dəyişikliyini istəmir:
“Rusiya başa düşür ki, hakimiyyət dəyişsə, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamayacaq. Zəngəzur dəhlizi açılmayacaq. Bu da o deməkdir ki, Rusiya Qafqazda tam blokadaya düşəcək. Əlbəttə, Rusiya bunu istəmir. Eyni zamanda Moskva Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyana daha çox istinad edir. Ona arxalanırlar. Ancaq bütün hallarda Ermənistanda vəziyyət fərqlidir. Onlar Paşinyanın metodundan istifadə edib, iqtidarı devirməyə çalışsalar da, alınacağına inanmıram. Paşinyan bütün gedişləri bilir. 2018-ci ildə Ermənistan üçün məlum olan ssenaridir. Bu ssenarini, yəni Paşinyanı hakimiyyətə gətirmək planını amerikalılar hazırlamışdılar. İndi vəziyyət fərqli məcrada gedir. Paşinyanı yıxmaq ehtimalları çox azdır. Eyni zamanda, Paşinyan da çox ciddi tədbirlər görür”.
C. Nuriyev qeyd edib ki, Azərbaycan hər iki varianta - Paşinyanın qalmasına və hakimiyyətdən getməsinə hazırdır:
“Mənə elə gəlir ki, Paşinyan hakimiyyətdə qalsa, Azərbaycanla sülh müqaviləsi imzalanacaq. Yox, əgər "Qarabağ klanı" hakimiyyətə gələrsə və yenidən ərazi iddiaları irəli sürərsə, Azərbaycan Zəngəzuru geri istəyəcək. Qarabğda bir nəfər də erməni qalmayacaq. Bunu onlar başa düşməlidir. Rusiya sülhməramlıları erməniləri xilas edə bilməyəcək. Çünki yeni komanda hakimiyyətə gələndə Rusiyanı da istəməyəcək. Nəticədə ruslarla onlar arasında münasibətlər pozulacaq. Məncə artıq Azərbaycanın “A” və “B” planı hazırdır. Biz istənilən durumda sözümüzü demək iqtidarındayıq”.