“Rusiya Qarabağ münaqişəsində heç bir tərəfi dəstəkləmir”-
Rusiyanın BMT-dəki nümayəndəsi
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdardır və tərəflərdən heç biri digərinə qarşı dəstəkləmir.
Bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya söyləyib.
“Türkiyə ənənəvi olaraq Azərbaycanı dəstəkləyir. Bunu bilirik. Amma bu o demək deyil ki, Azərbaycana qarşı Ermənistanın tərəfindəyik. Bu belə deyil. Biz ədalətli həlli, atəşin dayandırılmasını, hərbi əməliyyatların bitməsini dəstəkləyirik”.
Nebenzya tərəfləri təmkinli olmağa çağırıb./modern.az
Oxunub: 363
Xəbəri paylaş
Paylaş: