Bill Qeyts koronavirusa yoluxdu
“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts koronavirusa yoluxub.
Globall.az xəbər verir ki, bu barədə o özü tviter hesabında yazıb.
"Mənim COVID-19 üçün testim müsbət oldu. Yüngül əlamətlər hiss edirəm və mütəxəssislərin məsləhəti ilə sağalana qədər özümü təcrid edirəm", - Bill Qeyts bildirib.
Qeyts tam peyvənd olunduğunu və buster dozanı aldığını söyləyib.
Sahibkar əlavə edib ki, onun yaratdığı Qeyts Fondu ("Gates Foundation") tərəfdaşlarla işləməyə davam edəcək və dünyanın bir daha pandemiya ilə üzləşməməsi üçün mümkün olan hər şeyi edəcək. ("Report")
Oxunub: 253
Xəbəri paylaş
Paylaş: