“Müharibəni uduzsaq, bizim üçün fəlakət olacaq” -
Samoylenko
“Bizim bölməmiz ruslara təslim ola bilməz, çünki Mariupolda “Azovstal”ın müdafiəsini saxlamaq əmrimiz var və onu poza bilmərik”.
Globall.az xəbər verir ki, “Azov” alayının kəşfiyyat şöbəsinin zabiti İlya Samoylenko bu barədə “Sky News”a müsahibəsində bildirib.
“Biz təslim ola bilmərik, çünki təslim olmaq əmrimiz yoxdur. Biz qabaqcadan verilən əmri pozmayacağıq, bu, çox vacibdir. Mənim bölməm Rusiyada terror təşkilatı kimi tanınıb. Beləliklə, biz həbs olunmaq təhlükəsi ilə üzləşə bilərik. Eyni zamanda bütün müdafiəçilərim işğalçıların 25 mindən çox insanı öldürdüyü Mariupolda Rusiya cinayətlərinin şahidləridir, ona görə də ruslar bizi sağ buraxmaq niyyətində deyil”, - Samoylenko deyib.
Peşəkar zabit qeyd edib ki, hər gün onlar üçün sonuncu ola bilər, bununla belə, o, həyatı haqqında düşünmür, çünki həyatı önəmli deyil, amma müharibəni uduzsa, Ukrayna üçün fəsadlar fəlakətli olacaq. (modern.az)