Ukraynalı qaçqınların sayı 8 milyonu ötəcək - BMT
Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı ilk gündən indiyədək 6 milyondan çox ukraynalı ölkəsini tərk edib.
Globall.az xəbər verir ki, bu barədə BMT-nin Cenevrə ofisinin yaydığı bəyanatda bildirilib.
Son məlumatlara əsasən bildirilib ki, digər ölkələrə sığınan ukraynalıların sayı 6 029 705 nəfərdir. Onların 90%-ni qadın və uşaqlar təşkil edir. 18-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilmir.
BMT-nin proqnozlarına görə, ilin sonunadək ukraynalı qaçqın sayı 8 milyon nəfəri ötəcək. (modern.az)
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: