Koronavirus Azərbaycan iqtisadiyyatına nə qədər zərər verib? –
Nazir açıqladı
Pandemiya dövründə gündəlik iqtisadiyyata 120-150 milyon zərər dəyir.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, dəymiş ziyanla bağlı hesablamalar davam edir: “Söhbət kifayət qədər böyük məbləğdən gedir. İqtisadiyyatın çoxşaxəli olduğunu və pandemiya dövrünün hələ də davam etdiyini nəzərə alsaq, bunun dəqiq rəqəmini deyə bilmərik. Amma təxmini hesablamalara görə, iqtisadiyyata gündəlik 120-150 milyon manat civarında zərər dəyir”.
Oxunub: 453
Xəbəri paylaş
Paylaş: