HƏR XƏSTƏLİK BİR GÜNAHI APARIR...
Aydın Can
Məhəmməd peyģəmbər:
- Mən bilmirəm sən necə baģışlanmaz günahın sahibisən ki, Allah səni xəstələndirmir, amma bilirəm ki, hər xəstəlik bir günahı aparır.
... Moskvada aragı tərgidib namaza başlayanda 2002-ci ildə, dini ədəbiyyata da üz tutmuşdum, oxuduģum hədislərdən ən heyrətamizi buydu:
- Əgər bir insan səcdədə "günahlarımı baģışla, ya Rəbbim" deyirsə, bilməlidir ki, istəyi yerinə yetəcəyi təqdirdə dərisi sümüyünə yapışacaq!
... Atama baxıram - dəri sümüyə yapışıb!!!
Əslində, Atam baģışlanmaz günahların (allaha şərik qoşma, aģvalideynlik, sələm, yalan, böhtan, zina, ləvat) heç birini edəcək aģılda, əxlaqda və imkanda olmayıb, amma...
Bilirəm ki "yaxşı yol" deyəndə odu az, yükü yüngül, əməlləri xoş olacaq!