Rizedə Azərbaycan və Türkiyə prezidentləri görüşdü
Rusiya prezidenti Vladimir Putin Finlandiya prezidenti Sauli Niinistöyə bildirib ki, Ukrayna ilə danışıqlar faktiki olaraq dayandırılıb.
Globall.az modern.az-a istinadən xəbər verir ki, prezidentlər bu gün telefonla danışıblar.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin bildirib ki, Kiyev ciddi və konstruktiv dialoqda maraqlı deyil:
"Liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Vladimir Putin ciddi və konstruktiv dialoqa maraq göstərməyən Kiyev tərəfindən faktiki olaraq dayandırılmış Rusiya-Ukrayna danışıqlar prosesinin vəziyyəti ilə bağlı öz qiymətləndirməsini bölüşüb”.
Finlandiyanın NATO-ya üzv olmaq istəyinə toxunan Putin qonşu ölkənin təhlükəsizliyinə heç bir təhdid olmadığını bildirib:
"Ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək səhv olardı, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur. Ölkənin xarici siyasətində bu cür dəyişiklik uzun illər mehriban qonşuluq ruhunda qurulmuş Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər”.