Husilərin ali siyasi şurasının sədri Mehdi əl-Məşət:
Səudiyyə ilə daimi təmasdayıq
Yəməndə böhrana son qoymaq üçün Səudiyyə Ərəbistanı ilə daimi təmasdayıq.
Bunu Yəməndəki husi qruplaşmasının ali siyasi şurasının sədri Mehdi əl-Məşət deyib.
O bildirib ki, təcavüzkar ölkələrlə (Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri) və bir çox beynəlxalq təşkilatlarla daimi təmas saxlayırıq:
“Bəzi vaxtlarda qarşı tərəflə təmas intensivləşir, bəzən də zəifləyir. Danışıqların kağız üzərində qaldığını görürük. İrəliləyişlərin əldə olunması üçün verilən sözlər tutulmalıdır”.
Məsələ ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, ötən gün Yəmən hökumətinə dəstək verən Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri birtərəfli elan etdikləri atəşkəsi BMT-nin tələbi ilə 1 ay uzadıb.