Hindistanda REKORD İSTİ - Temperatur 50 dərəcəyə çatır
Hindistanda havanın temperaturu paytaxt Dehlidə 49,2 dərəcəyə çataraq rekordu yeniləyib.
Globall.az modern.az-a istinadən xəbər verir ki, Dehli bölgəsinin şimalındakı iki ayrı meteoroloji stansiya 49 dərəcə selsidən yuxarı temperatur qeydə alıb.
Temperatur Mangeşpurda 49,2, Nəcəfqarhda 49,1 dərəcə olub.
Meteorologiya stansiyası yaxın günlərdə müşahidə ediləcək güclü külək nəticəsində temperaturun bir qədər aşağı düşə biləcəyinini proqnozlaşdırıb.
Qeyd edək ki, bölgədə sonuncu rekord temperatur 1944-cü ildə Safdarjunqda 47,2 dərəcə olub.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: