Azərbaycan kulinariyası ilə bağlı yeni strategiya hazırlanır
"Azərbaycanın kulinariya sahəsində nəzərdə tutulan yeni strategiya sənədlərinin hazırlanmasına başlanılıb".
Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Report-un sualına cavab olaraq bildirib ki, qısa müddətdə həmin sənədlər hazır olacaq.
Onun sözlərinə görə, yeni strategiyada kulinariya sahəsinin əsas prioritetləri müəyyənləşəcək: "Məqsədimiz Azərbaycanın qeyri-maddi mədəni irsini dünyaya tanıtmaq və təbliğ etməkdir".
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: