Bakıda icra məmuru qadın vəkili döydü
(YENİLƏNDİ)
Azərbaycan Respublikası Vəkillər Kollegiyası bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Vəkillər Kollegiyası e-huquq.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatda adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.
"Kollegiyanın rəsmi veb-səhifəsində (www.barassociation.az) yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq, şəxslərin vəkil olub-olmamasını dəqiqləşdirə bilərlər. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik", - deyə məlumatda bildirilib.
xxx
Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.
Globall.az xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.
Bildirilib ki,Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələyə ilə bağlı polisə müraciət daxil olub: "Tərəflər arasında mübahisə şəxsi zəminində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır". (bakupost)