Qarabağ qazisi intihar etdi - TƏFƏRRÜAT
(YENİLƏNDİ)
Vətən Müharibəsi qazisi Əlisahib Məmmədovun intihar etməsinin təfərrüatları bəlli olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, qazi ailə münaqişəsi zəminində canına qəsd edib.
Belə ki, son günlər Ə. Məmmədovun ailə qurduğu xanımla aralarında problem yaşanıb. Bundan xəbər tutan qayınatası qızını və nəvəsini ondan ayıraraq, öz evinə aparıb.
Biləsuvarda məskunlaşan Ə.Məmmədov ailəsinin Beyləqana aparılmasına etiraz etsə də, qayınatası buna məhəl qoymayıb. Tərəflər arasında narazılıq yaranıb.
Məlum hadisədən bir gün sonra qazi Ə.Məmmədov özünü asaraq intihar edib. Onun rəsmi nikahının olmadığı bildirilir.
xxx
Daha bir Qarabağ qazisi intihar edib.
Globall.az xəbər verir ki, Cəbrayıl rayonunun Sarıcallı kənd sakini, Vətən Müharibəsinin qazisi Əlisahib Malik oğlu Məmmədov ötən gün həyatına qəsd edib.
Hadisə müharibə iştirakçısının yaşadığı Bəlisəuvar rayonundakı 1 saylı Cəbrayıl köçkün qəsəbəsində baş verib.
Əlisahib Məmmədov özünü asaraq həyatına son qoyub.
Allah rəhmət eləsin.
(modern.az)