Koronavirus Rusiya ordusunda sürətlə yayılmaqdadır - Min nəfərə yaxın hərbçi yoluxub

Mart ayından aprelin 26-dək 874 rus qoşunlarında koronavirus aşkar edilib.
Bu barədə "RİA Novosti" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, hərbi məktəblərdə 779 kursantda, həmçinin məktəbəqədər təhsil müəssisəsinin 192 müəllim və şagirdində COViD-19 testinin nəticəsi müsbət çıxıb.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələrində işləyən 245 mülki şəxs də xəstəliyə yoluxub.
Bundan əvvəl, Tver Suvorov məktəbinin 8 şagirdinin koronavirusa yoluxduğu məlum olub. Hərbi kafedradan qeyd edilib ki, yoluxanlar təcrid olunur və daimi tibbi nəzarətdədir. Onların vəziyyəti normal, simptomatik təzahürlər olmadan qiymətləndirilir.
Son məlumatlara görə, Rusiyada gündə altı mindən çox koronavirus infeksiyası aşkar edilib, ümumilikdə onların sayı 80 mindən çoxdur.
Oxunub: 463
Xəbəri paylaş
Paylaş: