AMEA-nın 41 yaşlı alimi intihar etdi -
TƏFƏRRÜAT
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərlinin intihar etməsilə bağlı məlumat yayılıb.
AMEA-nın Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva Modern.az-a açıqlamasında alimin ölümünü təsdiqləyib.
AMEA rəsmisi bununla belə, alimin intihar etməsilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirib: "Bu istiqamətdə araşdırma aparılır. Onun intihar etməsilə bağlı hansısa şübhəli məqam ortaya çıxmayıb".
xxx
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli intihar edib.
Globall.az "Qafqazinfo"erir ki, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub. Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepresant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
xxx
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun "Arxeoloji irsin tarixi və nəzəriyyəsi" şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli 41 yaşında vəfat edib.
İnstitutdan APA-ya verilən xəbərə görə, alim dünən axşam saatlarında vəfat edib.
O, Əhəmənilər dövrü arxeologiyasının tədqiqatçısı olub.