Rusiya qoşunları Ukraynanın beş müdafiə müəssisəsini
ƏLƏ KEÇİRDİ
“Ukroboronprom”un beş müəssisəsi rus hərbçilərinin nəzarəti altındadır.
Globall.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" müdafiə konserninin mətbuat xidmətinə istinadla məlumat yayıb.
“Bu günə qədər konsernin beş müəssisəsi işğalçılar ruslar tərəfindən ələ keçirilib, kadrların sənədləri ya tamamilə məhv edilib, ya da onlara çıxış yoxdur”, - “Ukroboronprom”dan bildirilib.
Həmçinin qeyd olunur ki, konsern ya müvəqqəti işğal olunmuş ərazilərdə qalmış və ya düşmənin raket zərbələrinə məruz qalan müəssisələrin işçiləri haqqında itirilmiş məlumatların bərpasından ibarətdir.
Daha əvvəl bildirilib ki, “Ukroboronprom” dövlət konserni təhlükəsizlik üçün müəssisə və fabriklərini köçürüb, Ukrayna ordusunu hərbi texnika ilə təchiz etməkdə davam edir, həmçinin rus işğalçılarından ələ keçirilən texnikanı təmir edir. (publika.az)