Rusiya koronavirusa yoluxanların sayına görə Çini ötdü
Rusiyada son bir gündə 6 198 nəfərə koronavirus diaqnozu qoyulub.
Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 87 147 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 50 nəfər artaraq 794-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 5 568 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 871.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 995 000-i ötüb. Bunların 881 634 nəfəri sağalıb, 207 021 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./report