BMT-dən QORXUNC XƏBƏRDARLIQ: nüvə müharibəsi təhlükəsi var
"Ukraynada bir vaxtlar ağlasığmaz olan nüvə müharibəsi təhlükəsi yenidən mövcuddur".
Globall.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini Rameş Racasinqam deyib.
Racasinqam bir çox Ukrayna vətəndaşının qida, su və elektrik enerjisindən məhrum olduğuna da diqqət çəkib.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Ukraynada baş verənlərə görə nüvə müharibəsi təhlükəsini tamamilə istisna etmək olmaz. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, nüvə müharibəsi təhlükəsi realdır və onun yolverilməzliyi Rusiyanın prinsipial mövqeyidir. (Report)
Oxunub: 250
Xəbəri paylaş
Paylaş: