Bayden bu ölkəyə gizli heyət göndərdi:
Rusiyaya qarşı yeni plan
Bayden Administrasiyası Səudiyyə Ərəbistanına gizli heyət göndərib.
Globall.az Publika.az-a istinadən xəbər verir ki, Vaşinqtonun məqsədi Ər-Riyadla anlaşmaq və dünyada neft istehsalını artırmaqdır.
Məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq departamentinin direktoru Brett McQurk və Dövlət Departamentinin enerji üzrə müşaviri Amos Hoştayn hazırda Səudiyə Ərəbistanı, israil və Misir arasında neft anlaşmasının əldə edilməsi üçün Ər-Riyada gizli səfər edib.
Prezident Bayden da iyunun sonunda Yaxın Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanına gedəcəyi planlaşdırılır.
Vaşinqtonun hədəfi Rusiyanın enerji resurslarından imtinadan sonra dünyanın neftə olan ehtiyacını ödəməkdir. Səudiyyə Ərəbistanı neft ixracını artırarsa, problem müəyyən qədər həll edilə bilər. Lakin Ukrayna müharibəsi başlayandan sonra Ər-Riyad bu məsələdə Vaşinqtonla razlaşmır.