Qubada torpaq sürüşməsi oldu

Qubada torpaq sürüşməsi olub.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb.
Torpaq və qaya parçalarının sürüşməsi nəticəsində əsas qaz xətti, rabitə və elektrik kabellərinə zərər dəyib.
Hadisənin fəsadları aidiyyəti qurumlar tərəfindən aradan qaldırılır.
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: