ABŞ Ukraynaya yeni hərbi yardım paketini AÇIQLAYACAQ
ABŞ gələn həftə Ukraynaya yeni hərbi yardım paketini elan etməyi planlaşdırır.
Globall.az xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunub ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya qabaqcıl uzaqmənzilli raket sistemləri göndərməyə hazırlaşır. Administrasiya bu sistemləri Ukraynaya gələn həftə elan ediləcək genişləndirilmiş hərbi yardım paketinə daxil etməyə meyllidir.
Mənbənin sözlərinə görə, Amerika rəhbərliyi Ukrayna hərbçilərinin Rusiya ərazisində hücum əməliyyatları üçün istifadə edə biləcəyindən” qorxaraq bir neçə həftə ərzində bu silahları Kiyevə göndərməyə cəsarət etməyib. (publika.az)
Oxunub: 301
Xəbəri paylaş
Paylaş: