Qarabağda itkin düşənlər orqan alverinin qurbanı olub
"Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların bir qismi orqan alverinin qurbanı olub".
Globall.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun müzakirəsi zamanı deputat Sahib Alıyev deyib.
O təklif edib ki, qanunsuz orqan transplantasiyası barədə cəzaların müddətinə və sərtliyinə yenidən nəzər yetirmək lazımdır.
Deputat Asim Mollazadə isə xatırladıb ki, 1994-cu ildə "Human Right" təşkilatı azərbaycanlılarla bağlı acınacaqlı statistikanı diqqətə çatdırıb:
"Hesabatda ermənilər tərəfindən həbs edilmiş azərbaycanlı əsirlərin orqanlarının necə çıxarıldığı və işgəncə ilə öldürüldüyü qeyd edilmişdi. İndi bu hesabat yoxa çıxıb. Təşkilat öz saytından hesabatı ləğv edib. Mən hesab edirəm ki, hərbi cinayətlərin araşdırılması genişləndirilməli, vaxtilə bu prosesi həyata keçirən ermənilər cəzasını almalıdır".