Suriyada kritik gəlişmə: Silahlı qrup ABŞ ordusuna hücum etdi
ABŞ ordusunun zirehli texnikası Suriyanın Deyr əz-Zor əyalətində naməlum silahlı qrup tərəfindən hücuma məruz qalıb, nəqliyyat vasitəsindəki iki amerikalı əsgərin taleyi məlum deyil.
Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Kanalın məlumatına görə, Ömər tarlalarından Tanak tarlalarına doğru gedərkən ABŞ hərbçilərinə hücum edilib. Hücumdan sonra hərbi vasitənin tamamilə yandırıldığı məlum olub. Hərbçilərin taleyi və harada olduğu bilinmir.
Bu, Suriyadakı ABŞ hərbi qüvvələrinə ilk hücum deyil. Aprelin əvvəlində Deyr əz-Zorda hərbi patrula edilən hücumda ABŞ ordusunun bir zabiti və Suriya Demokratik Qüvvələrinin iki əsgəri öldürülmüşdü.
Oxunub: 409
Xəbəri paylaş
Paylaş: