Lavrovdan Putinin səhhəti ilə bağlı AÇIQLAMA
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin xəstəliyi ilə bağlı iddialara münasibət bildirib.
Globall.az xəbər verir ki, Lavrov bununla bağlı deyib ki, Putin hər gün ictimaiyyət qarşısına çıxır: "Siz onu ekranlardan izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan insanlar bu insanda hansısa xəstəlik və ya xəstəliyin əlamətlərini görə bilsinlər”.
Qeyd edək ki, KİV Vladimir Putinin xərçəng xəstəliyindən əziyyət çəkməsi və onun əməliyyat olunacağı ilə bağlı xəbərlər yaymışdı.
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: