"Məncə, hamısı Putindən qorxur" - Zelenski
Rusiyanın güc strukturunda heç kim Prezident Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq fikrində deyil.
Globall.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Düşünürəm ki, bütün bu komanda uzun illərdir işləyir və onlar bir-birinə bağlıdırlar. Onları çox şeylər, çox addımlar, çox cinayətlər birləşdirir: ən azı bu cinayətlər - bizə qarşı baş verənlərdir. Mən hazırda Putinin rejim dəyişikliyindən əmin deyiləm. Məncə, hamısı ondan qorxur", - Zelenski qeyd edib.
Oxunub: 271
Xəbəri paylaş
Paylaş: