Fransa səfiri 23 yaşlı Xəyalın minaya düşməsindən YAZDI
Fransanın Azərbaycandakı səfiri Zakari Qros mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya düşməsilə bağlı paylaşım edib.
Globall.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində yazıb.
“23 yaşlı fermer Xəyal Abdullayevin minaya düşməsi üzücü xəbərdir. Onun tam sağalmağını arzu edirəm. Eyni zamanda Fransa səfirliyi minatəmizləyicilər üçün detektorlar və alət dəstləri almaqla Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir”, - paylaşımda deyilir.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: