Ukraynanı SARSIDACAQ QƏRAR:
Polşa geri addım atdı
Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva ölkənin Ukraynaya pulsuz yanacağın verilməsini dayandıracağını açıqlayıb.
Globall.az Publika.az-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, yanacaq Ukraynaya münaqişə başlayandan bəri pulsuz göndərilib.
“İndi bunlar “Orlen”in (Polşanın ən böyük neft emalı zavodu - red.) kommersiya tədarükləridir və böyük logistik səylər tələb edir. Polşa bazarının təchizatı prioritet olaraq qalır” - Moskva qeyd edib.
O əlavə edib ki, Ukraynada yanacaq şirkətləri çox yaxşı işləyir: “Çatdırmalarımız sadəcə böhrana cavab idi”.
Əvvəllər bildirilirdi ki, Ukrayna Polşa vasitəsilə ölkəyə yanacaq tədarükünü əhəmiyyətli dərəcədə artıra və Polşa Kiyev üçün əsas yanacaq tranziti ölkəsi kimi çıxış edə bilər. Varşavanın hər ay 200 min tondan çox məhsulun tədarükünü təmin edə biləcəyi də vurğulanırdı.