Azərbaycanın ən yaşlı vətəndaşı odur
- FOTO
Azərbaycanın ən yaşlı vətəndaşı Nuriyeva Şərabanı Əli qızıdır. 1900-ci ildə dünyaya göz açan Ş.Nuriyeva hazırda ölkəmizin ən yaşlı seçicisidir. O, Gədəbəy rayonunun Düz Rəsullu kəndində doğulub boya başa çatıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, 122 yaşlı Ş.Nuriyeva hazırda Bakı şəhərində qızı ilə birlikdə yaşayır.
Ölkəmizin ən yaşlı sakini iki övlad anasıdır. Oğlu 75, qızı isə 60 yaşındadır. Bundan başqa, Ş.Nuriyevanın 6 nəvəsi, 13 nəticəsi var.
Hazırda yataq xəstəsi olan qadın qızının himayəsindədir.
Qeyd edək ki, Nuriyeva Şərabanı Əli qızının Azərbaycanın ən yaşlı seçicisi olması barədə məlumatı Mərkəzi Seçki Komissiyası açıqlayıb.
Oxunub: 236
Xəbəri paylaş
Paylaş: