Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Bakıda sığınacaqda uşaqlara aylarla işgəncə verilib - CİNAYƏT İŞİ açıldı (YENİLƏNDİ)
  • Uşaqların döyüldüyü sığınacağın sahibi Zülfü Qasımovun qızı imiş...
  • İntihar edən 20 yaşlı qızla bağlı məlumat - RƏSMİ
  • Uşaq sığınacağındakı şiddətlə bağlı MÜRACİƏT EDİLDİ
  • Bakıda ŞOK OLAY: özünü polis bölməsinin binasından yerə atdı
  • Bakıdakı sığınacaq barədə ŞOK İDDİA: “Körpələrin başını qırxıb spirt vurub, yandırıb tamaşa edirdilər” - VİDEO

    • Tarix: 3-06-2022, 09:42


    "Sevgi Evi" qadın və uşaq sığınacağı barədə şikayət edən xanım hər kəsi təəccübləndirən iddialar səsləndirib.

    Globall.az
    "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki, paytaxtdakı sığınacaqlardan birində uşaqlara əzab verilməsi barədə Sabunçu Rayon Prokurorluğunun məlumatı ölkədə böyük rezonans doğurub.

    Yayılan xəbərdə bildirilib ki, rayonun Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb. Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmədovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib.
    O cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə uyğun gələn xəsarət izləri aşkarlanıb. Prokurorluq rəsmi şəkildə sığınacağın adını açıqlamasa da, Report.az saytı həmin sığınacağın "Sevgi Evi" qadın və uşaq sığınacağı olduğu barədə məlumat yayıb. Sputnik Azərbaycan-ın əməkdaşı yayılan məlumatı yerində araşdırmaq məqsədilə Sabunçu rayonu, Yavər Əliyev küçəsi 31 ünvanında fəaliyyət göstərən "Sevgi Evi" qadın və uşaq sığınacağına yollanıb.



    Əvvəlcə sığınacaq rəhbərliyi qapını jurnalistin üzünə açmaq istəməsə də, Sputnik Azərbaycan-ın əməkdaşının dəfələrlə etdiyi cəhd uğurlu olub. Sığınacağın təşkilatçısı Könül Qasımova agentliyə müsahibəsində bildirib ki, mətbuatda yayılan məlumat həqiqəti əks etdirmir. O, prokurorluğun yaydığı rəsmi məlumatda da "Sevgi Evi" qadın və uşaq sığınacağının adının çəkilmədiyini bildirib. Amma K.Qasımova sığınacaqda dövlət qurumları tərəfindən monitorinqin keçirildiyini təsdiqləyib. Bildirib ki, dövlət qurumları tərəfindən monitorinq keçirilsə də, burada hansısa uşağa zorakılıq, fiziki və psixoloji təzyiqin göstərildiyindən söhbət gedə bilməz:

    "Biz bu sığınacağı ona görə açmışıq ki, kimsəsiz, zorakılığa məruz qalmış uşaqlara dəstək olaq. Uşaqları buraya gətirmirik ki, onlara işgəncə verək. Biz o uşaqları gətiririk ki, burada onların başına sığal çəkək, qayğı göstərək. Gətirmirik ki, onlara şiddət göstərək. Bu barədə iddialar kökündən yanlışdır. Bu bizim sığınacağı gözdən salmaq məqsədi daşıyır".

    Sığınacağın fəaliyyətinə nəzarət varmı?

    K.Qasımova bildirib ki, sığınacağa uşaqlarla yanaşı, qadınlar da cəlb olunur: "Ərazi üzrə polis orqanları küçədə aşkarladıqları kimsəsiz və köməksiz qalan uşaqları bizə istiqamətləndirir. Həmçinin "Space" telekanalına müxtəlif problemlərlə üz tutan qadınlar, uşaqlar da sığınacağımıza gəlirlər. Onlar burada qalır, yeməklə, yataq yeri ilə təmin olunurlar".

    Təşkilatçı sığınacağa üz tutan hər bir uşaq və qadının qeydiyyata alındığını, uşaqların hətta tibbi müayinədən keçirildiyini söyləyir.
    Həmsöhbətimiz deyir ki, bu məkan daha çox günərzi qayğı mərkəzi kimi fəaliyyət göstərir. Dövlətdən heç bir yardım almadan, öz vəsaitləri və xeyirxah insanların dəstəyi ilə köməksiz qadınlara, uşaqlara dəstək olur: "Amma bu o demək deyil ki, buraya heç bir nəzarət aparılmır. Bizim sığınacağımıza Sabunçu Rayon İcra Hakimiyyəti, digər aidiyyəti qurumlar nəzarət edir. İstənilən vaxt burada monitorinq təşkil edib uşaqlara necə qayğı göstərildiyini araşdıra bilirlər".



    K.Qasımova ilə söhbət zamanı onu da öyrəndik ki, sığınacağın rəsmi işçiləri yoxdur. Burada hər kəs könüllülük prinsipi ilə çalışır:
    "Bizim sığınacaq ictimai əsaslarla fəaliyyət göstərir. Əsas məqsədimiz köməksiz qalan uşaqlara sahib çıxmaq, onlara dövlət uşaq müəssisələrinə yerləşdirilənədək qayğı göstərməkdir".

    Sığınacaqdan şikayət edən qadın kimdir?

    Təşkilat rəhbəri ilə söhbətdən sonra burada olan uşaq və qadınlarla da görüşürük. Uşaq sayının az olmasını K.Qasımova bir neçə uşağın məktəbdə olduğu ilə əlaqələndirir: "Bura günərzi qayğı mərkəzidir. Burada uşaq sayı sabit qalmır. Polis tərəfindən gətirilən uşaqlar bir neçə gündən sonra ya dövlət uşaq müəssisələrinə yerləşdirilir, yaxud da anası nəzarət altındadırsa, buraxıldıqdan sonra övladına sahib çıxır".

    Sığınacaqdakı uşaqlar və burada iki aydan çoxdur ki, yaşayan qadın onlara heç bir şiddət göstərilmədiyini söyləyir: "Uşaqlar burada mənim gözümün qarşısında böyüyür. İki aydır ki, buradayam. Hər kəs uşaqlara öz balası kimi baxır".

    Könül xanımla sağollaşıb sığınacağı tərk etdikdən sonra həmin ərazidə yaşayan sakinlərlə də həmsöhbət olduq. Onlardan biri bizə bildirdi ki, bir müddət öncə sığınacağa bir qadın gəlib-gedib. Həmin qadın sığınacaqdakı uşağını görmək istəsə də, buna nail ola bilməyib. Adının çəkilməsini istəməyən həmsöhbətimiz həmin qadının sığınacaqdan şikayətçi olduğunu, hətta monitorinqin onun şikayəti əsasında aparıldığını da söylədi. Amma ərazidə yaşayan digər sakinlər sığınacaqda uşaqlara necə qayğı göstərildiyi barədə məlumatlı olmadıqlarını bildirdilər.

    On beş yaşlı qıza sığınacaqda əzab verilib?

    Sputnik Azərbaycan "Sevgi Evi" qadın və uşaq sığınacağından şikayətçi olan qadınla da görüşməyə müvəffəq olub. Adının Xəyalə olduğunu bildirən xanım Sputnik Azərbaycan-a müsahibəsində sığınacağın təşkilatçısı K.Qasımovadan şikayət etdiyini, onun şikayəti əsasında sığınacaqda monitorinq keçirildiyini təsdiqləyib: "Mən 15 yaşında qızıma etdiyi səhv hərəkətə görə acıqlandığımdan, o küsüb evdən getmişdi. Polis onu "Sevgi Evi" qadın və uşaq sığınacağına yerləşdirmişdi. Mən qızımın həmin sığınacağa yerləşdirildiyini bildikdən sonra onu evə aparmaq üçün dəfələrlə həmin ünvana getdim. Amma Könül Qasımova mənim qızımla görüşümə, onunla söhbət etməyimə icazə vermədi. Mən günlərlə sığınacağın qapısında dayanıb qızımı görmək üçün onun insafa gəlməsini gözlədim. Amma o qızımı mənə qarşı öyrədərək efirə çıxardıb danışdırdı. Mənim əleyhimə qızımı telekanalda müsahibə verməyə məcbur edib. Dəfələrlə rayon icra hakimiyyətinə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Amma bunlara baxmayaraq, qızımla görüşümə Könül Qasımova icazə vermirdi. Nəhayət qızım orada iki ay qaldıqdan sonra Rayon İcra Hakimiyyətinin dəstəyi ilə mən qızımla görüşə bildim. Qızım məni görən kimi məndən onu sığınacaqdan xilas etməyimi istədi. Qızımı evə gətirəndən sonra o sığınacaqda başına gətirilənləri mənə danışdı. Bildirdi ki, Könül Qasımova onu günlərlə ac saxlayıb, efirə çıxaraq mənim əleyhimə danışmağa məcbur etmək üçün iki gün zirzəmidə saxlayıb. Qızım razı olmadıqda qışın soyuğunda qızımı hamamda gecələməyə məcbur edib. Qızıma mənəvi işgəncələr verib. Hətta Könül Qasımovanın orada yaşayan tanışı qızıma qarşı əxlaqsız hərəkətlər də edib".

    "Qızım danışırdı ki, oradakı körpələrin saçını qırxıb yerinə spirt vurub başlarını yandırırdılar"

    Özünü "Sevgi Evi" qadın və uşaq sığınacağında şiddətə məruz qalmış qızın valideyni kimi təqdim edən Xəyalə digər uşaqlara qarşı da zorakılıq hadisələrini törədildiyini iddia edib. Onun sözlərinə görə, qızı ona sığınacaqdakı uşaqların ac saxlanıldığını, onlar yatmadıqda fiziki zorakılıqlara məruz qoyulduğunu bildirib: "Qızım danışırdı ki, oradakı körpələrin saçını qırxıb yerinə spirt vururdular. Könül Qasımova sonra onların keçəl başında spirtin necə alışdığına tamaşa etmək üçün onların başını yandırırmış. Oradakı uşaqların başlarındakı yanıq izləri də bunu sübut edir. Mənim şikayətim əsasında monitorinq zamanı bu faktlar öz təsdiqini tapıb. Hazırda mənim şikayətim əsasında istintaq işi aparılır. Mənim istəyim, uşaqlara qayğı adı altında onlara şiddət göstərən bu qadının əməllərinə görə layiqli cəzanı almasıdır. Təkcə öz qızımın deyil, oradakı digər uşaqların da başına gətirilən işgəncələr barədə araşdırılma aparılır. Mənim istəyim həmin günahsız uşaqlara işgəncə verənlərin cəzalandırılmasıdır".

    Cəmilə Məmmədova (ad şərtidir) anasının dediklərini Sputnik Azərbaycan-a müsahibəsində təsdiqləyib. Bildirib ki, Könül Qasımova ona efirə çıxararaq anasının əleyhinə danışması üçün əzab verib, günlərlə ac saxlayıb: "Məni məcbur edirdi ki, sığınacağı təmizləyim, uşaqlara baxım. Məndən xadimə, dayə kimi istifadə edirdi".

    Könül Qasımova isə Sputnik Azərbaycan-a Xəyalə adında qadını tanıdığını, onun qızının iki ay müddətində sığınacaqda qaldığını təsdiqləyib. Bildirib ki, 15 yaşlı Cəmilə Məmmədova (adı şərtidir) anasının ona qarşı etdiyi qanunsuz əməllərdən polisə sığınıb, daha sonra sığınacağa gətirilib. Elə sığınacaqda uşaqlara işgəncə verilməsi barədə şikayəti də hüquq-mühafizə orqanlarına bu qadın edib:
    "Onların dediklərinin heç bir əsası yoxdur. Qız anasının əlindən qaçıb sığınacağa gəlmişdi. Ona və digər uşaqlara qarşı sığınacaqda heç bir zorakılıq törədilməyib. Bunu təsdiqləyən ekspertiza faktı yoxdur. Bizim sığınacaqda uşaqlarla davranışımıza rayon icra hakimiyyəti tərəfindən nəzarət edilir".

    Sabunçu Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Ramilə Quliyeva "Sevgi Evi" qadın və uşaq sığınacağı barədə yayılan məlumatlardan xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, həmin məkanın sığınacaq kimi fəaliyyət göstərməsi barədə onlara heç bir sənəd təqdim edilməyib: "Biz bircə onu bilirik ki, "Space" telekanalına müraciət edən zorakılıq qurbanları oraya yönəldilir".



    R.Quliyeva uşaqların sığınacaqda zorakılığa məruz qalması faktı üzrə araşdırılma aparıldığını söyləyib.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, istintaq prosesi yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək: "Kütləvi informasiya vasitələrində iyunun 2-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən sığınacaqların birində uşaqların zorakılığa məruz qalması faktına dair Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb".

    Ombudsman Aparatı paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqlara aylarla əzab verilməsi faktına münasibət bildirib. Məlumatda qeyd olunur ki, internet saytlarında yayılmış bu məlumatla bağlı məsələ üzrə müvafiq qaydada Prokurorluğa və DİN-ə də müraciət olunub.

    Sığınacaqlar akkreditasiyadan keçməlidir

    Hadisə ilə bağlı bu gün yayılan xoşagəlməz məlumatlar isə xüsusilə uşaqlar üçün yaradılmış sığınacaqların fəaliyyətini, onlara nəzarət məsələsini yenidən gündəmə gətirib.

    "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqlar üçün nəzərdə tutulmuş sığınacaqlar mütləq şəkildə ixtisaslaşmış olmalı, orada xidmət göstərən insanlar bu sahə üzrə təcrübəli olmalıdırlar:
    "Hər kəs sığınacaq açıb xeyriyyə adı altında fəaliyyət göstərə bilməz. Sığınacaqda buna şərait olmalı, lazımi sayda işçi heyəti olmalıdır. Həmçinin müəssisə sığınacaq kimi fəaliyyət göstərməsi üçün akkreditasiyadan keçməlidir. Çox təəssüf ki, bu gün uşaqlara qayğı və dəstək adı altında fəaliyyət göstərən sığınacaqlar heç də öz işlərini peşəkar səviyyədə görmürlər. Hətta uşaqlara qarşı həmin sığınacaqlarda şiddətin olmasına dair məlumatlar gəlir. Ona görə də uşaq sığınacaqlarına mütləq şəkildə nəzarət gücləndirilməli, həmin müəssisələr akkreditasiya əsasında fəaliyyət göstərməlidirlər. Dövlət qurumları vaxtaşırı belə sığınacaqlarda uşaqlara qarşı davranışı, qidalanmanı monitorinq etməlidir".

    Sığınacağın təşkilatçısı Könül Qasıımova "Sevgi Evi" qadın və uşaq sığınacağının sənədlərinin akkreditasiyadan keçməsi üçün aidiyyəti üzrə təqdim olunduğunu bildirib.

    Qeyd edək ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" qadın və uşaq sığınacağında 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

    Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmdovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.

    Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

    Oxunub: 590
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.