Erməni iş adamı Moskvada qətlə yetirildi

Rusiyanın paytaxtı Moskvada erməni biznesmen qətlə yetirilib.
Globall.az Rusiya mediasına istinadən xəbər verir ki, 62 yaşlı Ohanes Kamaryan killer tərəfindən öldürülüb.
Hadisə anı təhlükəsizlik kameralarına düşüb.
Məlumata görə, qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 24 yaşlı cinayətkarın Ermənistan vətəndaşı olduğu bildirilib.
Qeyd edək ki, iş adamının oğlu Xaçatur Kamaryan Rusiyanın ən böyük polimer məhsulları istehsalçılarından biri olan “Gavary Group”un rəhbəridir.
Oxunub: 318
Xəbəri paylaş
Paylaş: