Parlamentin növbədənkənar sessiyası çağrıldı
- SƏRƏNCAM
Milli Məclisinin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Globall.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən modern.az-a verilən məlumatda bildirilib.
Sərəncamda qeyd edilib ki, növbədənkənar sessiyanın gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işini bitirmiş hesab edilir.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: